Həyat yoldaşından ayrılmaq ərəfəsində olan kişi özünü maşının altına atdı - VİDEO

10 Sentyabr 2022 15:15

Türkiyənin Kocaeli şəhərində boşanma mərhələsində olduğu iddia edilən kişi özünü hərəkətdə olan avtomobilin altına atıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, sürücü və ətrafda olan şəxslər dərhal təcili tibbi yardım xidmətinə müraciət ediblər.

Xəsarət alan kişi xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Milli.Az