Ukrayna ordusu Putinin qərarına təsir edə bilər

10 Sentyabr 2022 08:19

Ukrayna Silahlı Qüvvələrinin cəbhədə uğurlu fəaliyyəti Rusiya Prezidenti Vladimir Putinin qərarına böyük təsir edir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Dövlət Dumasının keçmiş deputatı Mark Feyqin deyib.

"Putinin Ukraynada cəbhələrdəki vəziyyətdən əsəbi olmaq üçün səbəbləri var. Bu, göz qabağındadır. Bu, onun qeyri-adekvat davranışının birinci və əsas səbəbidir. Biz hamımız yaxşı bilirik ki, Rusiya üçün vəziyyət getdikcə çətinləşir. Buna görə o, səhv qərarlar verə bilər. Cəbhələrdəki vəziyyətə görə Putin tamamilə fərqli nəticələrə gətirib çıxaracaq qərarlar verə bilər", - Feyqin qeyd edib.

Milli.Az