Odessa limanını 26 avqustda tərk etmiş taxıl yüklü gəmi Sudana çatıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın İnfrastruktur Nazirliyi məlumat yayıb.
"65 000 ton Ukrayna taxılı daşıyan SEAEAGLE gəmisi Sudanda limana yan alıb" - deyə nazirlik bildirib.
Artıq Afrikaya Ukraynadan ümumi yükü 500 000 ton olan 16 gəmi yola salınıb.
Milli.Az