Bakıda kişi bıçaqlandı

10 Sentyabr 2022 08:28

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

Sülh küçəsində 1981-ci il təvəllüdlü Xanməmmədov Akif Məhəmmədalı oğlu naməlum şəxs tərəfindən sağrı nahiyəsindən çoxsaylı bıçaq xəsarətləri alıb. Yaralı küçədə Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən aşkar edilib. O, təcili surətdə 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.

Milli.Az