Ukrayna ordusu Rusiyaya məxsus 1 silah anbarı və 1 bərəni məhv edib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Cənub operativ komandamnlığı məlumat yayıb.
Ümumilikdə son sutkada Rusiya ordusunun 9 tankı, 2 haubitsası və 8 avtomobili məhv edilib. 75 əsgər zərərsiszləşdirilib.
Eyni zamanda Xersonda silah anbarı, Lvovda isə bərə məhv edilib.
Milli.Az