Türkiyədə avtobus qəzasında 42 nəfər yaralandı - FOTO

9 Sentyabr 2022 22:49

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, İstanbulun Avcılar Şükrübey dayanacağı yaxınlığında baş verən qəzada 4 avtobus toqquşub.

İstanbul valisi Əli Yerlikaya qəzada 42 nəfərin yaralandığını açıqlayıb.

Qəza səbəbilə hadisə yerinə çoxlu sayda qruplar sövq edilib.

Hadisə yerində xilasetmə işləri davam edir.

Milli.Az