Bank kartına görə 70 yaşlı anasını boğub

9 Sentyabr 2022 20:30

Rusiyada İrkutsk vilayətində məhkəmə 70 yaşlı ananı pula görə öldürməkdə ittiham olunan 44 yaşlı yerli sakinin işinə baxacaq.

Milli.Az bildirir ki, bu haqda Rusiya İstintaq Komitəsinin regional idarəsindən məlumat verilib.

Məlumata görə, fevral ayında müttəhim xəstəxanada olan qardaşının kartından pul oğurlamaq istəyib. Amma məlum olub ki, bank kartı anasında olub. Sonra o, yatan təqaüdçüyə yaxınlaşıb və kartı götürmək istəyəndə, qadın ayılıb. Daha sonra təqsirləndirilən şəxs zərərçəkmişi boğaraq kartı oğurlayaraq qaçıb. Onun 120 min rubldan (2 min dollar) çox pul çıxardığı məlum olub.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-ci maddəsinin 4-cü hissəsinin "c" bəndi ("Soyğunçuluq") və 105-ci maddəsinin 2-ci hissəsinin "h" bəndi ("Qətl") ilə iş açılıb.

İrfan Vəliyev
Milli.Az