Azərbaycanda 15 yaşlı oğlan telefona görə qonşusunu bıçaqladı

9 Sentyabr 2022 14:04

Ağdaşda 15 yaşlı oğlan mobil telefona görə qonşusunu bıçaqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 40 yaşlı şəhər sakini B.Əmrahov ötən gün qızına məxsus telefonu almaq üçün 2007-ci il təvəllüdlü qonşuları N.Axundovun (şərti) evinə gedib.

Telefonu istəyən zaman tərəflər arasında mübahisə yaranıb. Bu zaman 15 yaşlı N.Axundov B.Əmrahovu qolundan bıçaqlayaraq xəsarət yetirib.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az