Londonda yaşayan Nigar Camal kraliçanın ölümündən yazdı

9 Sentyabr 2022 09:56

"Avroviziya 2011" qalibi Nigar Camal sosial şəbəkədə bu gün vəfat edən Britaniya kraliçası II Yelizavetayla bağlı paylaşım edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi instaqram səhifəsində kraliçanın fotolarını paylaşaraq sarsıldığını bildirib:

"Dünyanın ən yaxşı kraliçası, rahat yat. 70 illik hakimiyyət! Onun hakimiyyəti dövründə ölkədə 15 baş nazir dəyişib. Samballı insan idi".

Qeyd edək ki, Nigarın Londonda evi var.

Milli.Az