Kuryoz qəza: Hostelin eyvanı çökdü, özünü mağazanın içində tapdı - VİDEO

9 Sentyabr 2022 16:52

Türkiyənin Antalya şəhərində hosteldə məskunlaşan kişinin başına bədbəxt hadisə gəlib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, belə ki, hostelin eyvanına çıxan şəxs döşəmənin çökməsi nəticəsində hostelin birinci mərtəbəsində fəaliyyət göstərən geyim mağazasının içinə düşüb.

Ətrafdakı şəxslərin köməyi ilə xəstəxanaya çatdırılan kişinin ciddi xəsarət almadığı bildirilir.

Görüntülər mağazanın təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Milli.Az