Şagird müəllimləri öldürdüyünə görə ömürlük həbs cəzasına məhkum edilib

9 Sentyabr 2022 16:07

İsveçdə məhkəmə iki müəllimi öldürməkdə təqsirli bilinən 18 yaşlı Fabian Söderholmu ömürlük həbs cəzasına məhkum edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, istintaqın məlumatına görə, əvvəllər məhkumluğu olmayan gənc anlaşılmaz səbəblərdən bıçaq və balta ilə oxuduğu rəssamlıq məktəbinə daxil olub. Orada olan 50-yə yaxın tələbə siniflərdə gizlənib.

Hadisə yerinə polis çağırılıb. Tezliklə iki müəllimin - Viktoria Edstrom və Sara Bukun cəsədi tapılıb.

Hakim Yohan Kvart hökmü izah edərək hücumu "xüsusilə amansız" adlandırıb.

Milli.Az