“ABŞ Rusiyaya silah idxalı olan bütün çıxışları bağlayıb”

9 Sentyabr 2022 12:32

ABŞ sistemli şəkildə Rusiya Federasiyasının silah idxalına çıxışını bağlayır və təzyiq siyasətini davam etdirəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken deyib.

"İndi Moskva hərbi dəstək üçün artıq Şimali Koreya və İrana müraciət edir. Çünki biz sistematik olaraq onların idxala çıxışına təzyiqi davam etdirəcəyik", - deyə Vladimir Zelenskinin "Telegram" kanalında Blinkenin sözlərindənsitat gətirib.

Bu bəyanat siyasətçilərin görüşündən sonra verilib.

Qeyd olunub ki, ABŞ bu siyasəti Ukraynaya qarşı təcavüz dayanana qədər davam etdirmək niyyətindədir.

Milli.Az