Avroliqa: “Fənərbağça” qələbə, MY məğlubiyyətlə başladı

9 Sentyabr 2022 07:28

Avropa Liqasında qrup mərhələsinə start verilib.

Milli.Az matc.az-a istinadən bildirir ki, ilk turun bütün oyunları eyni gündə keçirilib. Görüşlərin yarısı Bakı vaxtı ilə saat 20:45-də, qalanları isə 23:00-da başlayıb.

G qrupunda yer alan Azərbaycan çempionu "Qarabağ" Almaniyada "Frayburq"un qonağı olub və 1:2 hesabıyla uduzub. Bu qrupun digər matçında "Nant" Fransada Yunanıstan "Olimpiakos"unu 2:1 hesabıyla məğlub edib.

Türkiyə klublarından "Fənərbağça" Ukraynanın "Dinamo" (Kiyev) komandasını qəbul edib. Üç qolun qeydə alındığı matçda İstanbul təmsilçisi qələbə qazanıb. "Trabzonspor" isə Macarıstanda "Ferentsvaroş"la üz-üzə gəlib və məğlubiyyətə üzülüb.

Avropa Liqası
Qrup mərhələsi, 1-ci tur
8 sentyabr

A qrupu

Sürix (İsveçrə) - Arsenal (İngiltərə) 1:2
Qol: Kryeziu, 44 - Markinyos, 16. Nketia, 62.

PSV (Niderland) - Bodo Qlimt (Norveç) 1:1
Qol: Qakpo, 62 - Qronbaek, 44.

B qrupu

AEK (Larnaka, Kipr) - Renn (Fransa) 1:2
Qol: Oyer, 33 - Teate, 29. Assiqnon, 90+4.

Fənərbağça (Türkiyə) - Dinamo (Kiyev, Ukrayna) 2:1
Qol: Q.Enrike, 35. Batşuayi, 90+2 - Tsiqankov, 63.

C qrupu

Ludoqorets (Bolqarıstan) - Roma (İtaliya) 2:1
Qol: Kauli, 72. Nonato, 88 - Şomurodov, 86.

HJK (Finlandiya) - Betis (İspaniya) 0:2
Qol: V.Xose, 45+3; 63.

D qrupu

Malmö (İsveç) - Braqa (Portuqaliya) 0:2
Qol: B.Rodriqes, 30. Horta, 70.

Union Berlin (Almaniya) - Yunion (Belçika) 0:1
Qol: Linen, 39.

E qrupu

Mançester Yunayted (İngiltərə) - Real Sosyedad (İspaniya) 0:1
Qol: B.Mendes, 59.

Omoniya (Kipr) - Şerif (Moldova) 0:3
Qol: Akanbi, 2. Atiemven, 54. Diop, 76.

F qrupu

Latsio (İtaliya) - Feyenoord (Niderland) 4:2
Qol: L.Alberto, 4. F.Anderson, 15. Vesino, 28; 63 - S.Ximenes, 69; 88.

Şturm (Avstriya) - Midtyulland (Danimarka) 1:0
Qol: Emeqa, 8.

G qrupu

Frayburq (Almaniya) - Qarabağ (Azərbaycan) 2:1
Qol: V.Qrifo, 7-pen. R.Doan, 15 - M.Veşoviç, 39.

Nant (Fransa) - Olimpiakos (Yunanıstan) 2:1
Qol: M.Məhəmməd, 32. Gessand, 90+3 - Mutussami, 50-öz qapısına.

H qrupu

Srvena Zvezda (Serbiya) - Monako (Fransa) 0:1
Qol: Mbolo, 74-pen.

Ferentsvaroş (Macarıstan) - Trabzonspor (Türkiyə) 3:2
Qol: Nquen, 5; 44. Traore, 29 - M.Qomes, 39. U.Bozok, 71.

Milli.Az