Şəmkirdə 40 yaşlı qadın özünə xəsarət yetirib

8 Sentyabr 2022 23:57

Şəmkirdə qadın özünə bıçaqla xəsarət yetirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb.

1982-ci il təvəllüdlü Şəfa Xəlilova qolunun bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Dərhal qadına tibbi yardım göstərilib,vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, qadının pisxoloji problemi olub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az