Daha 8 terrorçu məhv edildi

8 Sentyabr 2022 23:37

İraqın şimalında hәyata keçirilәn ''Pәncә-Kilid'' әmәliyyatı bölgәsindә separatçı terror tәşkilatı PKK-nın 8 üzvü zәrәrsizlәşdirilib.

Bu barәdә Türkiyənin Milli Müdafiә Nazirliyi məlumat yayıb.

"Terrorçulara qarşı mübarizәmizi qәtiyyәtlә davam etdirәcәyik. İraqın şimalında müvәffәqiyyәtlә davam etdirilәn "Pәncә-Kilid" әmәliyyatı bölgәsindә 8 PKK terrorçusu zәrәrsizlәşdirilib. Qәhraman Türkiyә Silahlı Qüvvәlәrimiz terrorçuların yuvalarını dağıtmağa qәtiyyәtlә davam edәcәk",-deyә qardaş ölkənin Milli Müdafiә Nazirliyindәn verilәn mәlumatda vurğulanıb.

Milli.Az