Banqladeşdə 9 nəfəri ildırım vurub

8 Sentyabr 2022 22:54

Banqladeşdə ildırım vurması nəticəsində 9 nəfər ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ildırım Sirajqanc rayonundakı çəltik tarlasına düşüb.

Suda olan 5 nəfər yerindəcə ölüb, daha 6 nəfər yaralanıb.

Onlardan dördü xəstəxanada dünyasını dəyişib.

Milli.Az