Xalq artisti Bilal Əliyev yenə TikTok-da canlı yayımdakı açıqlaması ilə gündəmə gəlib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni bu dəfə geyimlərindən danışıb. O bildirib ki, alış-verişini ancaq İngiltərədən edir:
"Bütün paltarlarımı Londondan alıram. Ona görə də indi ehtiyac var, getməliyəm, mütləq. Vaxt tapıb gedəcəm Londona baş çəkim gəlim".
Qeyd edək ki, B.Əliyev TikTok-a canlı yayıma girəndən qalmaqallı açıqlamaları ilə gündəmdən düşmür. Bundan əvvəl o, izləyicisinə dediyi qeyri-etik ifadələrlə müzakirələrə səbəb olmuşdu.
Milli.Az