Berluskonidən Ukrayna açıqlaması: Vasitəçi ola bilərik!

8 Sentyabr 2022 08:37

Almaniyanın eks-kansleri Angela Merkellə Ukrayna konfliktinin nizamlanmasında vasitəçi rolunda çıxış edə bilərik.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni deyib.

"Düşünürəm ki, Merkel mənimlə, yaxud özü tək Putinlə vasitəçilik etməyə cəhd edə bilər. Mən onu razı salmağa çalışaram", - deyə o bildirib.

Milli.Az