Avropanın ehtiyatları tez tükənəcək

8 Sentyabr 2022 08:30

Rusiya təbii qazının Avropaya tədarükünün dayandırılması yaxın aylarda temperaturun aşağı düşməsi ilə ehtiyatların daha tez tükənməsinə gətirib çıxaracaq və növbəti istilik mövsümlərinə hazırlığı daha da çətinləşdirəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, enerji şirkətlərinin rəhbərlərinin fikrincə, problem ən azı 2025-ci ilə qədər davam edəcək.

Almaniyanın enerji nəhəngi Uniper SE-nin kommersiya direktoru Nik Den Olland söyləyib ki, Avropa gələn qışda daha böyük problemlər yaşaya bilər:

"Ölkələr builki kimi gələn yay anbarlarını doldura bilməyəcəklər".

Milli.Az