Misirdə meymunçiçəyinə ilk yoluxma qeydə alınıb

8 Sentyabr 2022 08:34

Misirdə meymunçiçəyi virusuna ilk yoluxma faktı qeydə alınıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə və Əhali Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, epidemioloji vəziyyətin monitorinqi çərçivəsində Misir vətəndaşında meymunçiçəyi virusu aşkarlanıb.

Xəstə xüsusi xəstəxanada təcrid olunub.

Milli.Az