Məşhur aktrisa 19 illik evliliyinə son qoydu - FOTO

8 Sentyabr 2022 08:12

Türkiyənin məşhur aktrisası Ebru Cündübeyoğlu 19 illik həyat yoldaşı Güçlü Metedən ayrılıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, cütlüyün boşanma prosesi dünən baş tutub. 2003-cü ildən ailəli olan Ebru ilə Güçlünün ayrılıq səbəbi bilinmir.

Qeyd edək ki, bu nikahdan cütlüyün Duru adlı bir qızı var.

Milli.Az