Malavi prezidenti öldü

6 Aprel 2012 13:16
Milli.Az "Reuters"ə istinadən xəbər verir ki, o, Malavi paytaxtındakı klinikalardan birində vəfat edib. 78 yaşlı prezident ürəyində problem hiss etdiyi üçün xəstəxanaya yerləşdirilsə də, az sonra ölüb.

Malavi Konstitusiyasına əsasən, prezidentin səlahiyyətləri vitse-prezident Coys Bandaya keçib.

Milli.Az