İsmayıllıda yanğın baş verib

8 Sentyabr 2022 07:15

İsmayıllı rayonunun Maçaxı kəndində ümumi sahəsi 48 m² olan taxta konstruksiyalardan ibarət tövlə və damına yığılan 11 ton ot bağlaması yanıb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az