Ağsuda itkin düşən digər qadın da Sulutəpədə tapıldı

7 Sentyabr 2022 18:08

Ağsuda itkin düşən qadın tapılıb.

Milli.Az xəbər verir ki, bir neçə gün öncə itkin düşməsi barədə ailəsi tərəfindən polisə müraciət olunan Gülnişan Səfərlinin yeri müəyyən edilib.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, 28 yaşlı xanım Bakıda, Sulutəpə qəsəbəsində tanışının evində tapılaraq ailəsinə təhvil verilib. O, tapılarkən sağ-salamat olub.

Qeyd edək ki, onunla eyni gündə itkin düşən 33 yaşlı Aybəniz Abdullayevanın atası Nazim Əliyev tərəfindən qətlə yetirildiyi məlum olub.

Milli.Az