Yeni silahını yoxlayarkən qardaşını öldürdü

7 Sentyabr 2022 21:07

Rusiyada Volqoqrad vilayətində 44 yaşlı kişi ehtiyatsızlıqdan 43 yaşlı qardaşını təzə tüfənglə ilə güllələyib.

Milli.Az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsindən məlumat verilib.

Məlumata görə, sentyabrın 4-də müttəhim qohumu ilə birlikdə Nijnekardailski fermasındakı ərazidə yeni ov tüfəngindən atəş açaraq yoxlayıb və təsadufən kiçik qardaşını vurub.

Kişi zərərçəkmişi xəstəxanaya çatdırsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 109-cu maddəsinin 1-ci hissəsi ("Ehtiyatsızlıqdan ölümə səbəb olma") ilə cinayət işi başlanıb.

İrfan Vəliyev
Milli.Az