Milyarderin qızı evini satır

6 Aprel 2012 18:14
Milli.Az "The Wall Street Journal"a istinadən bildirir ki, milyarderin qızı, 27 yaşlı Anna Anisimova "Time Warner Center" yaşayış kompleksinin cənub göydələninin 75-ci mərtəbəsindəki 360 m2-lik mənzilini 50 milyon dollara satır.

Mənzil əsl sənət əsəridir. Tavanlar gümüş lövhələr, divarlar Venesiya gipsi ilə bəzədilib. Mərkəzi Parka döşəmədən tavana qədər böyük pəncərələr baxır.

10 otaqlı apartamentin intyeryeri ilə məşhur amerikalı dizayner Noel Ceffri məşğul olub.
Anisimov 2004-cü ildə bu mənzili 9,86 milyon dollara almışdı. O zaman Annanın 19 yaşı vardı.

Ananın dediyinə görə, penthausu satmasının səbəbi əri, "Sunrise Pictures" şirkətinin baş direktoru və prodüseri Piter Şaferlə Los-Ancelesə köçmək qərarına gəlməsidir.

"Ailələrimiz Nyu-Yorkda yaşadığı üçün bura həmişə evimiz olacaq. Lakin ərimdə birlikdə Los-Ancelesdə işlədiyimizdən, orada yaşamaq qərarına gəldik", - Anna Anisimova deyib.

Apartamenti 50 milyon dollara satılması ehtimalı zəif olduğundan Anna mənzili ayda 60 min dollardan kirayəyə verməyə hazırdır.

Milli.Az