Xərçəngə səbəb olan 4 növ məhsul

24 Sentyabr 2022 23:30

Alimlərin fikrinə görə, bunun səbəblərindən biri sağlam olmayan qidalanmadır. Mütəxəssislər xərçəng xəstəliyinə səbəb ola bilən 4 qrup qida məhsullarını təyin ediblər. Rusiya KİV-lərinə istinadla sizə bu məhsulların siyahısını təqdim edir:

- Şəkərlə zəngin olan qidalar

Şəkərdən sui-istifadə bir çox xərçəng növünün (düz bağırsaq, süd vəzi, sidik kisəsi, mədə, qida borusu və s.) riskini artırır. Şəkərin (qlükoza) orqanizmdə parçalanması xərçəng hüceyrələrinin artması prosesini stimullaşdırır.

Bu tək şəkərə deyil, şəkər əvəzedicilərə də aiddir. Mütəxəssislərin fikrinə görə, şəkər əvəzediciləri şəkərdən qat-qat daha ziyanlı və təhlükəlidir ki, onlardan tam imtina etmək lazımdır.

Lakin şəkərdən tam imtina etmək olmaz. Qlükozanın qanda və beyin toxumalarında konsentrasiyanın aşağı olması sinir toxumasının xərçəngi riskini artıra bilər.

- Kolbasa, sosis, vetçina və s.

Ümumdünya xərçəng araşdırması agentliyi bu məhsulları təsdiq olunmuş kanserogen aktivliyinə malik olan məhsullar kimi qiymətləndirir. Kolbasa və s. bu kimi emal olunmuş ətdən hazırlanmış qidaların müntəzəm olaraq istehlakı yoğun bağırsaq xərçənginin riskini xeyli artırır. Həmçinin elmi araşdırmalar göstərir ki, bu məhsullardan sui-istifadə süd vəzi xərçənginin də riskini artırır.

- Yağlı məhsullar

Araşdırmalar göstərib ki, çox yağlı məhsulların müntəzəm olaraq istehlakı bağırsaqda və bir çox digər orqanlarda xərçəng şişlərin böyüməsini stimullaşdırır.

- Emal olunmuş qidalar, yarımfabrikatlar, yararlıq müddəti uzun olan qidalar

Müxtəlif hazır qıdalar (şirniyyatlar, çipsi, suxarı və s.), şirin qazlı içkilər, dükanlarda satılan pizza, blinçiklər, düşbərə və s. bu kimi yarımfabrikatların istehsalı zamanı çoxlu miqdarda şəkər, duz və süni yağlar (marqarin və s.), konservant, dadlandırıcılar və s. kimyəvi maddələrdən istifadə olunur.

Nəticədə bu məhsullar orqanizmə heç bir fayda vermir, əksinə orqanizmi zəiflədir, hüceyrələr səviyyəsində pozulmalar yaradır, müxtəlif xəstəliklərin və o cümlədən xərçəngin riskini artırır.

Milli.Az