ABŞ-ın Qafqaz üzrə yeni baş məsləhətçisi regiona səfər edəcək

7 Sentyabr 2022 10:44

ABŞ Dövlət Departamentinin Qafqaz üzrə yeni baş məsləhətçisi Filip Riker regiona səfər edəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel mətbuat brifinqində deyib.

O qeyd edib ki, Filip Riker bu həftə Cənubi Qafqaz regionuna səfər edəcək.

Milli.Az