Çində zəlzələdə ölənlərin sayı 74 nəfərə çatdı

7 Sentyabr 2022 20:12

Çinin Sıçuan əyalətində baş vermiş 6,8 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 74 nəfərə yüksəlib, daha 26 nəfər itkin düşüb.

Milli.Az report-a istinadən xəbər verir ki, Qanzi-Tibet muxtar dairəsində 40 nəfər ölüb, 170 nəfər xəsarət alıb. Yaan şəhərində isə 34 sakin ölüb, daha 89 nəfər xəsarət alıb.

Leysan yağışları və sürüşmə ehtimalı axtarış işlərini çətinləşdirir.

Milli.Az