Mbappe Messinin rekordunu qırdı

7 Sentyabr 2022 09:08

Ötən gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda PSJ-nin hücumçusu Kilian Mbappe "Yuventus"un qapısına iki qol vurub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, fransalı hücumçu Çempionlar Liqasında 35-ci qolunu vuraraq, bu qol sayına çatan ən gənc oyunçu olub (23 yaş 260 gün).

Qeyd edək ki, bundan öncəki rekord Lionel Messiyə məxsus olub (23 yaş 307 gün).

Milli.Az