Vətən müharibəsi şəhidinin atası dünyasını dəyişdi

7 Sentyabr 2022 08:25

Vətən müharibəsi şəhidi Aslan Əliyevin atası Elman Əliyev vəfat edib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, onun ürək tutmasından dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, Aslan Əliyev 2001-ci ildə Göyçayın Hacalıkənd kəndində anadan olub. Noyabrın 7-də Xocavənd uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

Milli.Az