ABŞ-da meymunçiçəyinə yoluxmaların sayı 20 mini ötüb

7 Sentyabr 2022 08:30

ABŞ-da meymunçiçəyinə yoluxma hallarının sayı 20 mini ötüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkəin Federal Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzlərindən bildirilib.

Məlumata əsasən, sentyabrın 6-sı üçün yoluxma hallarının sayı 20 733-ə çatıb.

Ən çox yoluxma halları Nyu-York (3 833), Kaliforniya (3 526) və Florida (2 126) ştatlarında qeydə alınıb.

Milli.Az