Cəlilabadda zəlzələ olub

6 Sentyabr 2022 09:52

Cəlilabadda zəlzələ olub.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Milli.Az-a verilən xəbərə görə, zəlzələ yerli vaxtla saat 08:05-də Cəlilabad stansiyasından 19 km şimal-şərqdə qeydə alınıb.

Təkanların dərinliyi 41 km, maqnitudası 3 bal gücündə olub. Zəlzələ hiss olunmayıb.

Milli.Az