Bu ölkədə üzgüçülük hovuzları bağlanır

6 Sentyabr 2022 20:42

Fransada həyata keçirilən enerjiyə qənaət tədbirləri 30 üzgüçülük hovuzunun qəfil bağlanmasına səbəb oldu.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, enerji qiymətlərinin kəskin artması kommunal müəssisələri pula qənaət etmək üçün hovuzları bağlamağa məcbur edib. Belə ki, qazla qızdırılan hovuzlar çox enerji sərf edir və onların istismar xərcləri sürətlə artır.

Fransada vəziyyəti çətinləşdirən amillərdən biri də təmirlə əlaqədar ölkədəki 56 nüvə reaktorunun yarısından çoxunun işləməməsilə bağlıdır. Reaktorların dayanması səbəbindən Paris Almaniyadan elektrik enerjisi almaq məcburiyyətindədir.

Milli.Az