Ukraynadan Krım əhalisinə çağırış: Hazır olun!

6 Sentyabr 2022 08:09

Krımın və işğal altında olan digər ərazilərin sakinləri işğaldan azad olunma dövrünə indidən hazırlaşmalıdırlar.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

"İşğal olunmuş ərazilərin, o cümlədən Krım yarımadasının sakinlərindən işğaldan azad etmə tədbirləri zamanı hökumətin tövsiyələrinə əməl etmələrini xahiş edirik. Sığınacaq düzəldin, kifayət qədər miqdarda su ehtiyatı toplayın", - Podolyak bildirib.

Milli.Az