Bakıda 39 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb.
Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Maştağa qəsəbəsində 1983-cü il təvəllüdlü Rüstəmov Xalid Güloğlan oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az