Masazırda iki yaşlı uşaq eyvandan yıxılaraq öldü

6 Sentyabr 2022 08:48

Abşeron rayonunda 2 yaşlı körpə yaşadığı binanın 3-cü mərtəbəsindən yıxılaraq ölüb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb. 2020-ci il təvəllüdlü Fərəcli Narın Səbuhi qızı yaşadığı mənzilin eyvanından yıxılıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Fakt araşdırılır.

Milli.Az