Putin İrəvana səfər edəcək

5 Sentyabr 2022 23:37

Rusiya Prezidenti Vladimir Putin İrəvana səfər etməyə hazırlaşır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bununla bağlı Rusiya xarici işlər naziri Sergey Lavrov və erməni həmkarı Ararat Mirzoyan arasında Moskvada baş tutan görüşdə müzakirə aparılıb.

Tərəflər həmçinin KTMT-nin İrəvanda baş tutacaq iclası ilə də bağlı fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, erməni nazir Moskvada səfərdədir.

Milli.Az