Casus jurnalist 22 il azadlıqdan məhrum edildi

5 Sentyabr 2022 22:15

Moskva Şəhər Məhkəməsi "Roskosmos" rəhbərinin müşaviri, jurnalist İvan Safronovu 22 il müddətinə azadlıqdan məhrum edib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, son illərin ən səs-küylü dövlətə xəyanət işi üzrə ittiham olunan Safronov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəkəcək.

Qeyd edək ki, Safronov NATO ölkələrinin kəşfiyyatı ilə əməkdaşlıqda, onlara məxfi məlumatlar ötürməkdə ittiham olunub.

Milli.Az