Türkiyə şəhid verdi

5 Sentyabr 2022 16:04

Şimali İraqda - Pəncə-Kilid Əməliyyatı bölgəsində Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi helikopter sərt eniş edərək qəzaya uğrayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə nəticəsində Türkiyə Ordusunun çavuşu Ümit Kesti şəhid olub.

Məlumata görə, hadisə ötən gün baş verib. Bildirilib ki, dünəndən bəri hərbçinin nəşinin axtarışları davam edib.

Milli.Az