Çəkisi 270 kq olan məşhur aktyor uzun müddət sonra qala gecəsində - VİDEO - FOTO

5 Sentyabr 2022 19:40

Məşhur amerikalı Brendan Ceyms Freyzer çəkisi 270 kiloqram olandan sonra ilk dəfə obyektivlərə tuş gəlib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyorun rol aldığı "Balina ("The Whale") filminin 79-cu Venesiya Film Festivalında nümayişi baş tutub. Ekran işi qonaqlar tərəfindən bəyənilib və layihə 6 dəqiqə boyunca ayaqda alqışlanıb.

Təəssüratlardan duyğulanan Ceyms zaldan çıxmaq istəyəndə alqışların artması nəticəsində göz yaşlarına hakim ola bilməyib.

Qeyd edək ki, aktyor məhz ekran işindəki rolu üçün çəki alıb.

Milli.Az