Sinqapurda kefdə olan Nanə fotoşopun “anasını ağlatdı” - FOTO

5 Sentyabr 2022 14:30

Aparıcı Nanə Ağamalıyeva Sinqapurdakı tətilini davam etdirir. 

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, sosial şəbəkə hesabında bahalı istirahətindən fotolarını paylaşan televiziya ulduzu görünüşü ilə yenə də diqqətləri üzərinə cəmləyib.

Nanə məşhur "FaceApp" proqramı ilə şəkillərdə üzünə o qədər effekt verib ki, sözün əsl mənasında ""fotoşop"un anasını ağladıb".

N.Ağamalıyeva sosial şəbəkə əhlinin yazılacaq neqativ dolu şərhlərdən özünü sığortalamaq üçün cəld tərpənərək paylaşımlarının rəy bölümünü bağlayıb.  

Milli.Az