Xalq artisti Ənvər Həsənov xəstəxanadan evə buraxılıb

5 Sentyabr 2022 12:00

Xalq artisti Ənvər Həsənov müalicə aldığı TƏBİB-in tabeliyində olan Xəzər Tibb Mərkəzindən ambulator müalicə üçün evə buraxılıb.

TƏBİB-dən Milli.Az-a verilən məlumata görə, Xalq artistinin öz istəyi və həkimlərin tibbi rəyinə uyğun olaraq müalicəsi həkim müşahidəsi altında evdə davam edəcək.

Qeyd edək ki, Xalq artisti avqustun 28-də bronxopnevmaniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib. O uzun illərdir şəkər xəstəliyindən də əziyyət çəkir.

Milli.Az