Rusların PUA uğursuzluğu...

5 Sentyabr 2022 18:04

Xerson vilayətinin sağ sahilindəki rus hərbçiləri PUA-larla bağlı problem yaşayır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Kovalenko deyib.

"Son sutka ərzində bölmələrimiz Rusiya PUA-larının kəşfiyyat fəaliyyəti ilə məşğul olan 27 uçuşunu qeydə alıb. Avqust ayında Rusiya PUA-larının bu ərazidə orta gündəlik uçuşu 50 olub. Yəni PUA-lardan alınan məlumatların həmişəkindən daha vacib olduğu dövrdə rusların PUA sayı azalıb. Məncə, bunun başlıca səbəbi rus dronlarının qəzalarıdır", - o bildirib.

Milli.Az