Gənc oğlan naməlum şəraitdə bıçaqlanıb

5 Sentyabr 2022 07:55

Masazır qəsəbəsində bıçaqlanma baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə "Zəngilan şəhərciyi"ndə qeydə alınıb.

Belə ki, 2006-ci il təvəllüdlü Allahverdiyev Eşqin Seymur oğlu naməlum şəraitdə qarın nahiyyəsindən bıçaqlanıb.

O, aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib.

Faktı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Milli.Az