Zelenski bir neçə yaşayış məntəqəsinin azad edildiyini açıqlayıb

5 Sentyabr 2022 07:28

Ukrayna Prezidenti Vladimir Zelenski ordunun bir sıra ərazilərdə irəlilədiyini elan edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Zelenski ənənəvi axşam videomüraciətində bildirib.

"Bu gün Donetsk vilayətində nəticəni təmin edən 103-cü Terod Müdafiə Briqadasının 63-cü batalyonunun əsgərlərinə təşəkkür etmək istərdim. Qəsəbə azad edildi. Lisiçansk - Seversk istiqamətində müəyyən yüksəkliklər tutulub",- deyə Zelenski bildirib.

Onun sözlərinə görə, cənubda iki yaşayış məntəqəsi azad edilib.

Ukrayna mediasının yazdığına görə, Cənubda Xerson vilayətinin Vısokopolye kəndi azad edilib.

Milli.Az