Yəməndə Əl-Qaidə tərəfindən girov saxlanılan BMT əməkdaşının görüntüləri yayılıb - VİDEO

4 Sentyabr 2022 16:07

Əl-Qaidə terror təşkilatı yeddi ay əvvəl Yəməndə girov götürülən BMT əməkdaşının videosunu yayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Banqladeş vətəndaşı olan BMT əməkdaşı videoda özünün və həmkarlarının həyatının təhlükədə olduğunu, tibbi yardıma ehtiyac duyduqlarını bildirib.

Qeyd edək ki, BMT fevral ayında Ədəndə missiyadan qayıdan 5 əməkdaşının oğurlandığını bildirmişdi.

Milli.Az