Kolumbiyada polisin yoluna bomba düzdülər: Çox sayda əməkdaş həlak oldu

4 Sentyabr 2022 13:07

Kolumbiyanın Huila departamentində naməlum şəxslər polis maşınının yoluna bomba yerləşdiriblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, partlayış nəticəsində səkkiz hüquq-mühafizə orqanı əməkdaşı həlak olub.

Bu barədə ölkənin Prezidenti Qustavo Petro "Twitter" hesabında yazıb.

O, insidenti Kolumbiyada sülhün bərqərar edilməsi işinin "açıq-aşkar təxribatı" adlandırıb.

Bundan əvvəl Petro ölkədə fəaliyyət göstərən bütün silahlı qrupları zorakılıqdan əl çəkməyə və hökumətlə dialoqa başlamağa çağırıb.

Milli.Az