Qazaxda minik avtomobili aşıb, sürücü ölüb

4 Sentyabr 2022 11:52

Qazaxda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun girişində qeydə alınıb. Hərəkətdə olan "VAZ "markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü, 47 yaşlı Aslan Məmmədov ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az