Gəncədə 42 yaşlı kişi bıçaqlanıb

3 Sentyabr 2022 22:06

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

1980-ci ildə anadan olmuş Elmar Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir. Hadisənin səbəbi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Milli.Az